8 noyabr tarixində Gəncə regional ASAN xidmət mərkəzinin məzunları ilə görüş keçirilib. Bu haqda ASAN könüllüləri məlumat paylaşıb.
Tədbir Zəfər günü münasibəti ilə təşkil olunub. Mərasimin sonunda Vətən müharibəsində iştirak etmiş ASAN Könüllülərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Fəxri Fərmanlarla təltif edib.