17.7 C
Gence
17.7 C
Gence

Gəncə-Qazax rayonunda 300-dən çox uşağı yeniyetmə analar dünyaya gətirib

Gəncə-Qazax iqtisadi rayonu 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayına görə Respublika üzrə ikincidir. Bu haqda dekabrın 24-ü Report-a istinadən məlumat veririk.

2020-ci ildə Azərbaycanda yetkinlik yaşına çatmayan analar tərəfindən doğulan uşaqların iqtisadi rayonlar üzrə statistikası açıqlanıb. Sənəddə aşağıdakılar qeyd edilib:

  • Aran iqtisadi rayonu üzrə 698 uşaq dünyaya gəlib;
  • Gəncə-Qazax iqtisadi rayonu üzrə 325 uşaq dünyaya gəlib;
  • Lənkəran iqtisadi rayonu üzrə 306 uşaq dünyaya gəlib;
  • Dağlıq Şirvan iqtisadi rayonu üzrə 109 uşaq dünyaya gəlib.

Qeyd edək ki, ən az göstərici Kəlbəcər-Laçın iqtisadi rayonunda qeydə alınıb. Orada 40 balaca doğulub.

Ən Çox Oxunan