24.1 C
Gence
24.1 C
Gence

Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzi tədbir keçirib

Gəncə Qarnizonunun İdeoloji və Mədəniyyət Mərkəzi 24 sentyabr tarixində tədbir keçirib. Bu haqda Müdafiə Nazirliyinin rəsmi saytında məlumat paylaşılıb.

Azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə Vətən müharibəsində canından keçən şəhidlərimizin, eləcə də döyüşlərdə iştirak edən igid Azərbaycan övladlarının tanınması və tanıdılması, xatirələrinin ehtiramla yad edilməsi məqsədi ilə tədbir təşkil olunub.

Görüşdə ehtiyatda olan hərbi qulluqçular şəhid və yaralı döyüş yoldaşları haqqında xatirələrini danışıblar. Tarixi Qələbə ilə bağlı viktorina keçirilib, qaliblərə hədiyyələr verilib.

Tədbirin sonunda Vətən müharibəsinə həsr olunmuş sənədli film nümayiş olunub. Hərbi qulluqçular “Əsgər məktubu” layihəsinə əsasən doğmalarına məktublar yazıblar.

Ən Çox Oxunan