16.9 C
Gence
12.5 C
Ganja

“Gəncə qalası”nda yeni Uşaq Əyləncə Mərkəzi istifadəyə verilib

Gəncədə Ticarət Kompleksi yeni görkəmdə yenidən fəaliyyət göstərəcək. Bu haqda 18 noyabr tarixində İcra Hakimiyyətinə istinadən xəbər veririk.

“Gəncə qalası” Ticarət Kompleksində açılış mərasimi baş tutub. Burada qonaqlara müsiqili-əyləncəli proqram təqdim edilib. Mərkəzdə kişi, qadın və uşaq geyimləri mağazaları, kafe və restoran, həmçinin uşaqlar üçün əyləncə mərkəzi var. Burada fəaliyyətə 200-dən artıq sahibkar cəlb olunub və 1000-dək işçi çalışır.

Açılış mərasimində Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları, bələdiyyə sədrləri, “Gəncə qalası” Ticarət Kompleksinin rəhbərliyi və şəhər sakinləri iştirak ediblər.

Mərkəzdə yeni Uşaq Əyləncə Mərkəzi istifadəyə verilib. Həmçinin bir sıra müğənnilərin çıxışları ilə konsert baş tutub.

Ən Çox Oxunan