Gəncədə ödənişsiz konsert təşkil olunacaq. Bu haqda Gencexeber.az-a 8 noyabr tarixində məlumat daxil olub.
“Gəncə Qalası” Kompleksi Zəfər Günü ilə əlaqədar konsert təşkil edəcək. Tədbir bu gün, 8 noyabr tarixində saat 14:00-da baş tutacaq.
Konsertə hər kəs dəvətlidir. İştirak ödənişsizdir.
Qeyd edək ki, “Gəncə Qalası” Şeyx Bahəddin küçəsi, 22 ünvanında yerləşir.