20.8 C
Gence
14.5 C
Ganja

Gəncə: qadın sahibkarlarla görüş təşkil olunub

Gəncədə sahibkar qadınlarla görüş keçirilib. Bu haqda 4 noyabr tarixində Gəncə Kiçik və Orta Biznesin İnkişaf Mərkəzi (KOBİM) məlumat paylaşıb.

Görüş sahibkarlıq fəaliyyətinin təşviqi məqsədi ilə təşkil olunub. Tədbirdə 16 qadın sahibkar, dövlət qurumlarının, qeyri hökümət təşkilatlarının, ictimai birliklərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

İştirakçılar sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmləri və güzəştli maliyyə resurslarına çıxış haqda məlumatlandırılıblar. Qadın sahibkarlar qarşılıqlı çətinliklər və onların həlli yolları, orta və uzunmüddətli perspektivdə əsas istiqamətləri müzakirə ediblər.

Sonda onların sualları cavablandırılıb.