24.1 C
Gence
24.1 C
Gence

Gəncə: qəsəbənin bir çox küçəsində qaz təchizatı mövcud deyil

Sevinc (Məhsəti) qəsəbəsinin sakinləri qazın olmamasından narazıdırlar.

Qəsəbənin əksər küçələrində qaz təchizatı yoxdur. Əldə etdiyimiz məlumata əsasən, 20-ci və 23-cü küçə olmaqla daha bir neçə küçədə qaz təminatı mövcuddur.

“Artıq üç ildir ki, burada yaşayırıq, amma qaz xətti yoxdu. 31-ci küçədə olsa da, bizim yaşadığımız, yəni 37-yə çəkilməyib” – deyə sakinlərdən biri bildirib.

Onların sözlərinə görə, aidiyyatı qurumlara müraciət edilib. Oradan məlumat verilib ki, ərazi qazlaşdırılma layihəsi çərçivəsində qazla təmin ediləcək.

Qeyd edək ki, qeyd olunan ərazidə yerləşən küçələr adlandırılmadığı səbəbindən, onlar nömrələnib.

Ən Çox Oxunan