24.7 C
Gence
24.7 C
Gence

Gəncə: Qəmbər Hüseynlinin abidəsinin yerləşdiyi parkda yenidənqurma işləri başa çatır

Gəncədə təmir olunan parkda işlər yekunlaşmaq üzrədir. Bu haqda 25 yanvar tarixində Gəncə şəhər İcra Hakimiyyəti məlumat paylaşıb.

Qəmbər Hüseynlinin abidəsinin yerləşdiyi parkda yenidənqurma prosesi gedir. Hazırda parkda təmir-bərpa işləri yekunlaşmaq üzrədir. Burada tamet daşları döşənib, yeni oturacaqlar qoyulub, zibil qutuları təzələri ilə əvəz olunub, yaşıllıqlar salınıb. Ərazidə uşaq və böyüklər üçün əyləncə və idman qurğuları quraşdırılıb.

Qeyd edək ki, işlər tam bitdikdən sonra iməcilik keçiriləcək.

Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto
Gəncə Şəhər İcra Hakimiyyətinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan