17.5 C
Gence
17.5 C
Gence

“Gəncə İntellekt Liqası”nın IV turu təşkil olunacaq

Gəncədə gənclər üçün intellektual oyun keçirilir. Bu haqda 5 aprel tarixində Gəncə İntellektual Klubuna istinadən məlumat veririk.

3sual.az-ın dəstəyi və Gəncə İntellektual Klubunun təşkilatçılığı ilə keçirilən “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Gəncə İntellekt Liqası”nın IV turu baş tutacaq. Bilik yarışı 9 aprel saat 12:00-da Gənclər Evində başlayacaq.

Burada ilk üç turda iştirak etməyən komandalar da mübarizə apara bilər. Bunun üçün link vasitəsilə qeydiyyatdan keçmək lazımdır.

Ən Çox Oxunan