24.7 C
Gence
24.7 C
Gence

Gəncə: Nizami ili çərçivəsində növbəti tədbir

Gəncədə Nizami ilinə həsr olunmuş tədbir keçirilib. Bu haqda 6 dekabr tarixində Kəpəz televiziyası məlumat verib.

Tədbir Bakıdan gələn mədəniyyət xadimləri, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının rəhbərliyi, gəncəli deputat Müşfiq Cəfərov və digər rəsmi şəxslər, könüllü gənclər və tələbələrin iştirakı ilə baş tutub. Burada İncəsənət Gimnaziyasının teatr şöbəsinin şagirdləri “Nizami dühası” adlı ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Qeyd edək ki, tədbir Yeni Azərbaycan Partiyasının Gəncə şəhər və Yasamal rayon təşkilatlarının təşəbbüsü və İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.

Ən Çox Oxunan