19.1 C
Gence
19.1 C
Gence

Gəncə: Nizami Gəncəvinin “Xəmsə”si motivində sərgi nümayiş olunub

Gəncədə “Nizami Gəncəvi İli” çərçivəsində yekun tədbir baş tutub. Bu haqda Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Tədbir Nizami Gəncəvi Muzeyi tərəfindən təşkil olunub. Burada Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, ADAU-nun rektoru İbrahim Cəfərov, AMEA-nın Gəncə bölməsinin elmi işçiləri Aləmzar Tağıyeva və Əlimuxtar Muxtarov, GDU-nun nizamişünası Bayram Apoyev, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, Gəncə şəhər 4 nömrəli orta məktəbin direktoru Əliağa Səfərəliyev, mədəniyyət, incəsənət işçiləri iştirak ediblər. Onlar Nizami Məqbərəsini ziyarət edərək, önünə çiçəklər düzüblər.

Nizami Gəncəvi Muzeyində Nizami Gəncəvinin “Xəmsə”si motivində sərgi nümayiş olunub. Daha sonra qonaqlar müxtəlif çıxışlar ediblər.

Gəncə Regional Mədəniyyət idarəsinin Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət idarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan