25.8 C
Gence
25.8 C
Gence

Gəncənin Vəli Xuluflu küçəsində binanın həyəti abadlaşdırılır

Gəncədə yaşayış binalarının həyətlərinin abadlaşdırılması prosesləri davam etdirilir. Bu haqda Gencexeber.az-a yanvarın 18-i məlumat daxil olub.

Sözügedən işlər şəhərin Vəli Xuluflu küçəsində yerləşən 8-ci binanın qarşısında aparılır. Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişi ilə məhəllədə yaşıllıq guşələri yaradılıb, qara torpaq tökülüb və blokun girişinə tamet daşları döşənib.

Qeyd edək ki, son zamanlar Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən şəhərin bir neçə hissəsində çoxmənzilli binaların həyətlərində abadlıq işləri görülür.

Ən Çox Oxunan