14.7 C
Gence
14.7 C
Gence

Gəncənin sonuncu hökmdarının xatirəsi yad edilib

Gəncədə Qacarlar nəslindən olan Azərbaycan sərkərdəsi Cavad xanın türbəsi ziyarət olunub. Bu haqda 16 yanvar tarixində xəbər veririk.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, “Cavad xan” Tarix və Mədəniyyət Fondunun rəhbərliyi, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Dövlət xadimi Cavad xanın məzarına tər çiçəklər düzülüb, ruhuna dualar oxunub.

Cavad xanın Azərbaycanın, xüsusilə də Gəncənin tarixindəki xidmətlərindən, azadlıq uğrunda apardığı mübarizədən danışılıb. Gəncədəki Cavad xanın türbəsi 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunub.

Ən Çox Oxunan