Gəncənin Sevinc qəsəbəsində 21 nömrəli tam orta məktəbdə səyyar vaksinasiya xidməti həyata keçirilir. Bu haqda müxbirimiz 10 avqust məlumat verib.
Xidmət vaksinasiyanı vətəndaşlara daha əlçatan etmək üçün nəzərdə tutulub. Vaksinasiya səhər 9:00-dan axşam saat 17:00-dir.
Fəaliyyət göstərəcəyi son tarix hələlik məlum deyil.
Qeyd edək ki, digər ərazilərdə yaşayan vətəndaşlar da bu məntəqəyə müraciət edə bilərlər.