Gəncənin Sadıllı qəsəbəsində yerləşən küçələrin çoxunda işıqlandırılma işləri aparılır. Bu barədə Gencexeber.az-ın müxbiri 17 sentyabr tarixində məlumat verib.
İşçilər, küçələrin bir çox hissəsində elektrik naqilləri yerin altına basdırıblar. Artıq dirəklərin quraşdırılacağı yerlər betonlanıb.
Əldə etdiyimiz məlumata əsasən, küçənin işıqlandırılması Azərişıq ASC-in əməkdaşları tərəfindən artıq bir həftədir aparılır.
Şəhərin Oğuz küçəsində də oxşar işlər görülür. Aidiyyatı qurumun əməkdaşları 3 gün orada küçəni işıqlandırmaq üçün işləyirlər.
Daha öncə, Yeni Gəncə qəsəbəsində işıqlandırılma işlərinin görülməsi haqqında xəbər vermişdik.