Gəncənin Qaraçılar adlanan məhəlləsinin bəzi sakinləri orada yerləşən qədim kilsədən qeyri-adi səslər eşitdiklərini iddia ediblər. Bu məsələni araşdırmaq üçün Gencexeber.az-ın müxbiri həmin əraziyə yollanıb.
Sakinlərin sözlərinə görə, burada yerləşən məbəddən gecə saatlarında qəribə səslər gəlir. Qeyd edək ki, kilsə dağılmış vəziyyətdədir. Qədim tikili indi iki həyət evinə birləşikdir və onun qapısı fərdi yaşayış evinə açılır.
Baku televiziyasına müsahibə verən tarixçi Bəxtiyar Çələbi söyləyib ki, burada tədqiqat aparılan zaman, məsələ haqqında xəbəri olub. “Biz burada işləyəndə bəzi evlərin üstündə satılır yazılmışdı, bəzilərinin aynaları isə taxtalanmışdır” – deyə, Çələbi əlavə edib.
Məbəd Sisianov tərəfindən 1804-1810 illərdə inşa edilib. Sözügedən ərazi əvvəllər qəbirstanlıq olub. Orada rus əsgərləri basdırılmışdır.
