19.1 C
Gence
19.1 C
Gence

Gəncənin mərkəzində küçə alveri gedir: bu haqda sakinlərin bir-birilərinə əks düşüncə formalaşıb

Gəncənin mərkəzi hissələrində küçə alveri canlanıb. Bu haqda 11 avqust tarixində Gencexeber.az-ın müxbiri xəbər verib.

Şəhərin Nizami Gəncəvi prospektində satılan malların əsasını məktəbli ləvazimatları təşkil edir. Yeni tədris ilinin başlanacaq tarixi yaxınlaşdıqca bu cür ticarət nöqtələri artır.

Əldə etdiyimiz məlumata əsasən, küçə alveri haqqında sakinlərin fikir ayrılığı formalaşıb.

“Bəziləri düşünür ki, küçədə yerləşdirilən ticarət nöqtələri şəhər sakinləri və qonaqlarının gediş-gəlişinə maneələr törədirlər. Digərlərlərinin bu haqda fikirləri bundan ibarətdir ki, alver edən şəxslər ailələrini dolandırır deyə, mövcud vəziyyətə göz bağlamaq mümkündür” – deyə sakinlərdən biri bildirib.

Qeyd edək ki, 9 sentyabr tarixində Keçəllər adlandırılan küçədə gedən küçə alveri haqqında xəbəri vermişdik.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

Ən Çox Oxunan