24.1 C
Gence
24.1 C
Gence

Gəncənin Mərkəzi Kitabxanasında qazilərlə görüş baş tutub

Gəncədə Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib. Bu haqda dekabrın 10-nu Kəpəz televiziyasına istinadən məlumat veririk.

Tədbir Gəncənin Mərkəzi Kitabxanasında təşkil olunub. Orada şairlər, yazıçılar, eləcə də kitabxananın fəal oxucularının iştirakı ilə şanlı zəfər haqda söhbət açılıb. Hərbiçilərimizin şücaəti, qanı, canı bahasına qazanılan qələbənin hər bir azərbaycanlı üçün əziz və qiymətli olduğu önə çəkilib.

Qeyd edək ki, tədbir zamanı musiqi məktəbinin tələbələrinin ifasında vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, şeirlər söylənilib.

Ən Çox Oxunan