24.8 C
Gence
24.8 C
Gence

Gəncənin mərkəzi küçəsində asfalt örtüyü yoxdur

Görkəmli bəstəkar, SSRİ xalq artisti Fikrət Əmirovun doğulduğu evin yerləşdiyi küçədə yol infrastrukturu mövcud deyil. Bu haqda Gencexeber.az-ın müxbiri, 23 avqust tarixində məlumat verib.

Müxbirimizin əldə etdiyi məlumata görə, küçə İsmət Qayıbovun adını daşısa da, bunu əks etdirən lövhə qoyulmayıb. Küçənin yerləşdiyi ərazi şəhərin mərkəzi hissəsindədir. Təxminən 200 metr uzunluğuna malik olsa da yolun asfalt döşəməsi yoxdur.

“Küçə gördüyünüz kimi çox bərbad vəziyyətdədir. Görəsən bura Fikrət Əmirovun adına layiq abadlaşdırılacaqmı?” – deyə sakinin biri sual verib.

Qeyd edək ki, İsmət Qayıbov küçəsi Atatürk prospekti ilə Mirzə Abbas Abbaszadə küçəsini birləşdirir.

Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az
Foto Gencexeber.az

 

Ən Çox Oxunan