Gəncədə 22 oktyabr tarixində “BİL” – Birlik İntellekt Liqasına start verilib. Bu haqda Gəncə Gəncləri məlumat paylaşıb.
Turnir Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) təşkilatçılığı ilə “Beynəlxalq Könüllülər Günü”nə həsr olunub. Gəncə GİKM-dən liqanın birinci turunda üç komanda iştirak edib.
Qeyd edək ki, ölkə üzrə 46 GİKM nümayəndəliyinin komandaları sinxron şəkildə yarışır. Turnirdə yarışlar “Nə? Harda? Nə zaman?” formatında keçirilir və liqa 7 həftə davam edəcək.