“Kəpəz” səfərdə heç-heçə oynayıb. Bu haqda klubun rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.
“Kəpəz” Bakıda “Keşlə-2” kollektivi ilə qarşılaşıb. Oyun qolsuz heç-heçə ilə başa çatıb.
Görüş peşəkar futbol klublarının çıxış etdiyi Azərbaycan Birinci Divizionunun yeddinci tur çərçivəsində baş tutub.
Qeyd edək ki, 10 xalla “Kəpəz” cari mövsümdə məğlub olmayıb.