25.8 C
Gence
25.8 C
Gence

Gəncənin gənc yazarı Eltun Türkelin əsəri nümayiş edilib

Gəncədə “Tənhaların duası” kitabının təqdimat mərasimi keçirilib. Bu haqda Regional Mədəniyyət idarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Mərkəzi Kitabxananın oxu zalında gənc yazar Eltun Türkelin əsəri nümayiş edilib. Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin Gəncəbasar Bölməsinin sədri Xəzangül Hüseynova ilə yanaşı bir çox ədəbiyyatşünas, yazıçı, dramaturq, publisist və ictimai xadim iştirak edib.

Sonda çıxış edən gənc yazar Eltun Türkel ədəbiyyata olan hədsiz marağından, öz yaradıcılıq yolundan bəhs edib. Ustadı Şair Seyid Süleyman və bacısı Mərziyyə Baxşalıyevadan bəhrələnərək ilham aldığını xüsusi ilə vurğulayıb. O, tədbirdə iştirak edən hər kəsə dərin təşəkkürlərini bildirib.

Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto
Gəncə Regional Mədəniyyət İdarəsinin Facebook səhifəsindən foto

Ən Çox Oxunan