25.8 C
Gence
25.8 C
Gence

Gəncənin İcra Hakimiyyətində görüş keçirilib

Gəncə şəhər İcra Hakimiyyətində Ermənistan tərəfindən raket atəşinə tutulması nəticəsində zərərçəkən sakinlərlə görüş baş tutub.

Sakinlərlə müzakirələrdə İcra Hakimiyyətinin, Dövlət Şəhərsalma və Arxitektura komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Görüş zamanı sakinləri narahat edən məsələlər müzakirə olunub. Üzə çıxan problemlərin aradan qaldırılması üçün tapşırıqlar verilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində onlarla fərdi yaşayış evi və mənzil tamamilə dağılıb, minlərlə şəhər sakininin əmlakına ciddi ziyan dəyib. 6 aydan çoxdur ki, dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır.

Ən Çox Oxunan