9.7 C
Gence
5.5 C
Ganja

Gəncənin bu ərazisində şagirdlər zibilliyin yanından məktəbə gedirlər

Gəncədə yerləşən zibillik valideyinlərinin narazılığına səsəb olub. Bu haqda Gencexeber.az-ın müxbiri 30 oktyabr tarixində xəbər verib.

Sözügedən tullantılarla səpələnmiş ərazi Gəncə şəhər 32 nömrəli tam orta məktəbin qarşısında yerləşir. Təqdim etdiyimiz fotoda göründüyü kimi, zibil qutuları orada mövcud olsa da, tullantılar küçəyə səpilib.

Valideyinlərin sözlərinə görə, onlar bu vəziyyətdən çox narazıdırlar. Ərazidən keçib təhsil ocağına yola düşən uşaqların əllərinə təhlükəli əşyalar keçə bilər, deyə onlar bildiriblər.

Bir müddət öncə, asfalt örtüyü olmayan küçədə aparılan abadlıq işləri haqda xəbər vermişdik.

Ən Çox Oxunan