Gəncədə kommunal qəzalar baş verib. Bu haqda məlumat 11 sentyabr tarixində daxil olub.
Şəhərin Muxtar Hacıyev küçəsində kanalizasiya xətti deşilib. Hadisə saat 16:00 radələrində baş verib.Oradan axan çirkab suları Atatürk prospektini də axaraq artıq Şah İsmayıl Xətai prospektinə çatıb.
Oxşar mənzərə İqor Makeyev küçəsində müşahidə olunur. Burada isə su xəttində qəza baş verib.