Gəncədə eyni küçədə növbəti dəfə kommunal qəza baş verib.
Aida İmanquliyeva küçəsində axan çirkab suları sürücülərin və piyadaların gediş-gəlişinə maneələr törədir. Qeyd olunan küçədən axan sular Atatürk prospektinədək çatıb.
“Küçənin prospektlə kəsişməsinədək asfalt çəkilmişdir. Uzun müddətdir ki, biz onun quru vaxtını görməmişik” – deyə sakin bildirib.
Daha öncə, 18 avqust tarixində qeyd olunan küçədə qəza haqqında xəbər vermişdik.