25.4 C
Gence
18.5 C
Ganja

Gəncənin Azərbaycan bayrağı küçəsi axşam saatlarında işıqlandırılmır

Gəncənin bəzi küçələrində müvafiq infrastruktur yaradılsa da, işıqlandırma sistemləri fəaliyyət göstərmir. Bu haqda Gencexeber.az-a yanvarın 8-i məlumat daxil olub.

Daxil olan foto və videomateriallar Azərbaycan bayrağı küçəsindəndir. Yol yalnız avtomobil fənərləri ilə işıqlandırılır.

Sözügedən məsələyə axşam saatlarında şəhərin bir çox hissəsində rast gəlinir. Şəhər ərazisində küçələrin işıqlandırılması layihəsinin davam etdirilməsinə baxmayaraq, çətinlik aradan qaldırılmayıb.

Qeyd edək ki, Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən aparılan işlər zamanı 400-dən çox küçədə 8000 işıq dirəyi quraşdırılacağı planlaşdırılıb.

Xatırladaq ki, Həsən Əliyev küçəsində də eyni mənzərə ilə qarşılaşmaq olar.