Gəncənin şahmat məktəbinin yetirməsi yurdunu uğurla təmsil etməsini davam edir. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin Facebook səhifəsində məlumat yerləşdirilib.
Səadət Bəşirli 3 qat Azərbaycan çempionu, 2 qat Avropa gümüş medalçısıdır. Balaca Gəncə şəhər İ. Qayıbov adına 1 nömrəli tam orta məktəbin V sinif şagirdidir. Qız 4 yaşından etibarən şahmat idman növü ilə məşğul olur.
Səadət 2018-ci ildə Riqada keçirilən çempionatda erməni şahmatçı Qevorqyan Nrane üzərində parlaq qələbə qazanmışdır.
5-21 oktyabr 2021-ci il tarixlərdə 8-20 yaşlı oğlanlar və qızlar arasında hibrid formatda onlayn Avropa Çempionatı keçirilmişdir. Səadət Bəşirli 10 yaşadək qızların yarışında 26 ölkədən 71 iştirakçı arasında 9 oyundan 6.5 xal toplayaraq bürünc medala sahib olmuşdur. Həmişə arzuladığı kimi püşk Səadəti erməni rəqibi ilə qarşılaşdırdı. Çempionumuz Tavakalyan Aniyə qalib gəldi.