14.3 C
Gence
14.3 C
Gence

Gəncəni təmsil edən futbol klubunun üzvləri şəhidləri yad ediblər

Gəncəni təmsil edən “Kəpəz” klubunun oyunçuları, məşqçi ştabının üzvləri və klubun əməkdaşları şəhidlər xiyabanına baş çəkiblər. Bu məlumatı əks etdirən şəkillər 27 sentyabr tarixində klubun rəsmi İnstagram səhifəsində yerləşdirilib.

Xiyabanda şəhidlərin ruhuna dualar oxunub, qəbirlərin önünə gül dəstələri qoyulub. Onların xatirəsi bir dəqiqəlik sükütla yad olunub.

Daha öncə, “Kəpəz” futbol klubunun keçiriləcəyi növbəti oyun haqda xəbər vermişdik.

Ən Çox Oxunan