24.7 C
Gence
24.7 C
Gence

Gəncəni də əhatə edən layihənin bağlanış mərasimi keçirilib

“Regionlarda elektron xidmətlər barəsində savadlılığın artırılması” layihəsinin bağlanış mərasimi keçirilib.

İştirakçılara elektron və rəqəmsal hökumət, xidmətlər, Dövlət Agentliyi tərəfindən bu sahədə görülən işlər, “Elektron hökumət” (e-gov.az) və “myGov” portalları üzrə təlimlər keçirilib. 4 avqust tarixindən başlayan layihə çərçivəsində Gəncədən 301 nəfər təlim iştirakçısı qatılmışdır.

Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşəbbüsü və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Azərbaycan Nümayəndəliyinin (KOICA) dəstəyi ilə həyata keçirilib.

Tədbirin sonunda iştirakçılara sertifikatlar verilib.

Ən Çox Oxunan