26.9 C
Gence
23.5 C
Ganja

Gəncə musiqisevərlərinə şad xəbər

Gəncədə “Göygöl” dövlət mahnı və rəqs ansamblının konserti keçiriləcək. Bu haqda 28 yanvar tarixində Gəncə Dövlət Filarmoniyasına istinadən xəbər veririk.

Konsert 10 fevral 2023-cü il tarixində saat 18:00-da Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Bədii rəhbəri Sahil Quliyev və baletmeysteri Sənan Cavadov olan kollektivin rəhbəri Azərbaycan Respublikasının Xalq artisti Adil Bayramovdur.

Konsertə biletləri filarmoniyanın kassalarından əldə edə bilərsiniz. Əlaqə nömrələri: +994 77 767 77 72, +994 99 810 40 60 (Kassa).