24.7 C
Gence
24.7 C
Gence

Gəncə: Mikayıl Abdullayevin 100 illiyi qeyd olunub

Gəncədə Azərbaycanın görkəmli rəssamının yubileyi münasibətilə tədbir keçirilib. Bu haqda 27 dekabr tarixində Gəncə Regional Mədəniyyət idarəsi məlumat paylaşıb.

Gəncə Dövlət Rəsm Qalereyasında baş tutan tədbir Mikayıl Abdullayevin 100 illiyi ilə əlaqədar təşkil olunub. Azərbaycan Rəssamlar İttifaqının üzvü Məhbubə Həsənova rəssamın yaradıcılığı haqda məlumat verib. Sonra sənətşünas Fidan Böyükbabalı məruzə ilə çıxış edib.

Qeyd edək ki, Mikayıl Abdullayev 21 avqust 2002-ci il tarixində, 80 yaşında vəfat edib.

Ən Çox Oxunan