19.7 C
Gence
18.5 C
Ganja

Gəncə: Memorial Hospitalda diabet xəstələri üçün ödənişsiz müayinə keçiriləcək

Gəncə Memorial Hospitalda 29 iyul tarixində şəkərli diabetin ödənişsiz müayinəsi keçiriləcək. Təçkilatçı “Servier Azerbaijan” əczaçılıq şirkətidir.

Qəbul yalnız bir gün saat 09:00-dan saat 16:00 qədər davam edəcək. Növbə canlı şəkildə olacaq.

Xəstələr həkim-endokrinoloq Elya Nəbiyeva tərəfindən müayinə olunacaq.

Aksiyada iştirak etmək istəyənlər Gəncə şəhəri Şah İsmayıl Xətai prospekti, 550A ünvanına yaxınlaşa bilərlər. Əlaqə nömrələri: 050 285 71 99; 050 278 93 92.

Servier Azərbaycan bundan əvvəl, 17 iyun tarixində Gəncə şəhərində “Şəkər kimi həyat” təlimi keçirib. Təlim şəkərli diabetin idarə olunmasına həsr olunmuşdur.