25.8 C
Gence
25.8 C
Gence

Gəncə Memorial Hospitalında ödənişsiz müayinə olacaq

Gəncədə ödənişsiz müayinə keçiriləcək. Bu haqda Gencexeber.az-a 1 fevral tarixində məlumat daxil olub.

Hematoloq doktor Tural Mahmudov 1-10 fevral tarixlərində Gəncə Memorial Hospitalında pasiyentləri pulsuz müayinə edəcək. Bunun üçün öncədən qeydiyyatdan keçmək mütləqdir. Həkim aşağıdakı prosedurları həyata keçirir:

  • Dəmir defisitli anemiya
  • B12 defisitli anemiya
  • Fol turşusu defisitli anemiya
  • Xroniki xəstəliklər anemiyası
  • Aplastik anemiya
  • İrsi hemoqlobinopatiyalar: (Talassemiya, oraqvari hüceyrə anemiyası, drepanotalassemiya, irsi sferositoz)
  • Kəskin mieloblast leykoz
  • Kəskin limfoblast leykoz
  • Xroniki mieloid leykoz
  • Xroniki limfoid leykoz
  • Birincili mielofibroz
  • Həqiqi polisitemiya
  • Hoçkin limfoması
  • Qeyri-hoçkin limfoması
  • Çoxsaylı mieloma
  • İmmun trombositopeniya
  • Trombositopatiyalar
  • Hemofiliya
  • Laxtalanma sisteminin digər xəstəlikləri və s.

Qeydiyyatdan keçmək istəyənlər (022) 428 97 97, (070) 628 97 97, (070) 528 97 97 nömrələri ilə əlaqə saxlaya bilərlər. Hospital Şah İsmayıl Xətai prospekti, 550 (Dan Ulduzu Şadlıq Sarayının yanı) ünvanında yərləşir.

Ən Çox Oxunan