12.5 C
Gence
12.5 C
Gence

“Gəncə Memorial Hospital”-da ödənişsiz müayinə təşkil olunacaq

“Gəncə Memorial Hospital”-da ödənişsiz mammoloq və USM (Uzi) müayinəsi keçiriləcək. Bu haqda tibb ocağının rəsmi İnstagram səhifəsində məlumat paylaşılıb.

Mammoloq konsultasiyası və süd vəzilərinin USM (Uzi) müayinəsi 24 oktyabr tarixində baş tutacaq. Aksiyada iştirak etmək istəyən şəxsləri mammoloq-cərrah Vəfa Vəliyeva və radioloq Musa İsmayılov qəbul edəcəklər.

Qeyd edək ki, öncədən qeydiyyat vacibdir. Bunun üçün aşağıda göstərilən nömrələr ilə əlaqə saxlamaq kifayətdir:

  • (+99422) 428 9797
  • (+99470) 628 9797
  • (+99470) 528 9797 (WhatsApp )

Xəstəxana Şah İsmayıl Xətai prospekti, 550 (Dan Ulduzu Şadlıq Sarayının yanı) ünvanında yerləşir.

Ən Çox Oxunan