24.7 C
Gence
24.7 C
Gence

Gəncə: media nümayəndələri və ziyalılara “Təşəkkürnamə”lər təqdim olunub

Gəncədə İcra Hakimiyyətinin başçısı bir sıra şəxsi təltif edib. Bu haqda 30 dekabr tarixində İH məlumat paylaşıb.

Təltif edilmə Niyazi Bayramov tərəfindən 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təşkil olunub. Gəncə Şəhər Ziyalılar Cəmiyyətinin üzvlərinə şəhərin ictimai-siyasi həyatında göstərdikləri fəaliyyətlərinə görə “Təşəkürnamə”lər təqdim olunub.

Daha bir görüş media nümayəndələri ilə keçirilib. Tədbirdə Kütləvi İnformasiya Vasitələrinin bölgə müxbirləri və yerli televiziya kanalının əməkdaşaları iştirak ediblər. Niyazi Bayramov onlara hədiyyələr və “Təşəkkürnamə”lər təqdim edib.

 

Ən Çox Oxunan