27.5 C
Gence
27.5 C
Gence

Gəncə mall-da vaksinasiya məntəqəsi fəaliyyət göstərir

Gəncə mall-un 1-ci mərtəbəsində vaksinasiya məntəqəsi fəaliyyət göstərir.

Burada yalnız Sinovac vaksini vurulur və randevu.its.gov.az saytında qeydiyyatdan keçməyə ehtiyac yoxdur. Mall-da məntəqənin fəaliyyətinin əsas məqsədi vaksinləşmənin şəhər sakinləri üçün əlçatan edilməsidir.

Pasiyentin qan təzyiqi, qanda oksigenin miqdarı və nəbzi ölçüləndən sonra peyvəndin vurulmasına icazə verilir. Bundan başqa, həmin şəxsin allergiyasının yaxud vaksin vurdurduqda sağlamlığına əks təsir göstərəcək xəstəliyinin olub- olmaması barədə soruşulur. Həkimin tələbi ilə vaksin vurduqdan sonra 15 dəqiqə oturmaq lazımdır.

Məntəqənin nə vaxta qədər fəaliyyət göstərəcəyi hələlik məlum deyil.

Ən Çox Oxunan