Gəncədə həftəsonu şənliklər təşkil olunacaq. Bu haqda 27 aprel tarixində “Gəncə Mall”a istinadən məlumat veririk.
Şənliklər “Gəncə Mall”da baş tutacaq. 29 aprel tarixində saat 16:00-da Mir Hüseyn ticarət mərkəzinin ziyarətçiləri üçün tarda ifalar səsləndirəcək. 30 aprel saat 14:00-da isə cizgi filmi personajları və klounun iştirakı ilə balacalar üçün şənlik təşkil olunacaq.
Tədbirlərdə iştirak ödənişsizdir. İstəyən hər kəs qatıla bilər.