Gəncədə balacalar üçün əyləncə təşkil olunacaq. Bu haqda 6 yanvar tarixində “Gəncə Mall” ticarət mərkəzinə istinadən məlumat veririk.
“Gəncə Mall” ticarət mərkəzinə həftəsonu üz tutan uşaqlar əylənə bilərlər. Belə ki, 7 və 8 yanvar tarixlərində saat 16:00-da burada interaktiv, şar və köpüklü oyunlar baş tutacaq.
Tədbirlərə bütün sakinlər dəvətlidirlər. İştirak ödənişsizdir.