22.5 C
Gence
22.5 C
Gence

“Gəncə Mall” bu həftəsonuna olan proqramını açıqlayıb

Gəncədə növbəti rok-konsert təşkil olunacaq. Bu haqda 19 may tarixində “Gəncə Mall”a istinadən məlumat veririk.

Tədbir 20 may “Gəncə Mall”da baş tutacaq. Magi, Hüseyn Jafar və İsmayıl Qədim adlı gənc ifaçılar şəhərin sakin və qonaqlarına “Alternative rock” konserti verəcəklər. Konsert saat 16:00-da başlayacaq.

Konsertdə iştirak ödənişsizdir.

Qeyd edək ki, bazar günü, 21 may tarixində uşaqlar üçün əyləncəli proqram təşkil ediləcək. Burada hədiyyələr, şar və köpük şouları, maskotlar yer alacaq.

Ən Çox Oxunan