Gəncədə hər həftəsonu şənliklər təşkil olunur. Bu haqda 4 may tarixində “Gəncə Mall”a istinadən məlumat veririk.
Şənliklər “Gəncə Mall”da baş tutacaq. 6 may tarixində saat 16:00-dan 18:00-dək cizgi filmi personajları və klounun iştirakı ilə balacalar üçün əyləncəli proqram olacaq. 7 may saat 16:00-da isə “BUTA trio” qrupu ticarət mərkəzinin ziyarətçiləri üçün ifalar səsləndirəcək.
Tədbirlərdə iştirak ödənişsizdir. İstəyən hər kəs qatıla bilər.