11.9 C
Gence
11.9 C
Gence

“Gəncə Mall” bayram günlərinə olan proqramını açıqlayıb

Gəncədə bayrama həsr olunmuş şənliklər olacaq. Bu haqda 18 mart tarixində “Gəncə Mall”a istinadən məlumat veririk.

“Gəncə Mall” Novruz bayramına özəl proqram hazırlayıb. Dörd gün boyunca ticarət mərkəzində müxtəlif tədbirlər təşkil ediləcək. Şənliklərin proqramı aşağıdakı kimidir:

  • 20 mart: 17:00-dan 18:00-dək Milli musiqi və milli rəqslər;
  • 21 mart: 16:00-dan 17:00-dək Milli rəqslər;
  • 22 mart: 16:00-dan 17:00-dək Gəncə Dövlət Filarmoniyasının “Göygöl” xalq çalğı alətləri ansamblının çıxışı;
  • 23 mart: 17:00-dək 18:00-dək Milli estrada musiqisi.

Tədbirlərdə hər kəs iştirak edə bilər.

Ən Çox Oxunan