14.1 C
Gence
11.5 C
Ganja

Gəncə Maarif Evində təlim keçiriləcək

Gəncədə təlim baş tutacaq. Bu haqda 14 noyabr tarixində Gəncə Maarif Evinə istinadən xəbər veririk.

Gəncə Maarif Evinin dəstəyi ilə İnnovativ Gənclər layihəsi çərçivəsində təlimçi Murad Əlizadə ilə görüş keçiriləcək. Tədbir “Əbədi Birlik” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə baş tutacaq.

Təlim aşağıdakı mövzular üzrə keçiriləcək:

  • Karyera Planlaması;
  • Həqiqi Düşmənin özünsən;
  • Məqsəd və Hədəf;
  • Fərdi İnkişaf;
  • Könüllülüyün faydaları.

Tədbir 17 noyabr tarixində 11:00-da Gəncə Maarif Evində keçiriləcək. Ətraflı məlumat üçün (070) 529 29 12 nömrəsi əlaqə saxlayın.

Ən Çox Oxunan