22.5 C
Gence
22.5 C
Gence

Gəncə məktəblilərinə xarici ali təhsil müəssisələri haqda xəbər verilib

Gəncə məktəblərinin 11-ci sinif şagirdləri ilə görüş keçirilib. Bu haqda Gəncə Şəhər Təhsil İdarəsinin Facebook səhifəsində məlumat dərc edilib.

Tədbir “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” ilə əlaqədar təşkil edilib.

Görüşdə şagirdlərə ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisələri və nüfuzlu xarici ali təhsil müəssisələri arasında olan beynəlxalq ikili diplom proqramı barədə məlumat verilib.

Qeyd edək ki, oxşar tədbirlər son bir neçə gün ərzində şəhərin ali və orta təhsil müəssisələrində baş tutub.

Ən Çox Oxunan