25.3 C
Gence
25.3 C
Gence

Gəncə məktəbliləri yeni layihədə iştirak ediblər

Gəncədə “Kitab oxumaq biliyi gücləndirir” adlı yeni layihə həyata keçirilib. Bu haqda Kəpəz televiziyasına istinadən məlumat veririk.

İlkin olaraq layihəyə şəhərin iki orta məktəbində start verilib. Məqsəd şagirdlərdə bədii ədəbiyyata olan marağı artırmaqdır. Tədbirdə 8 nömrəli orta məktəbdən 110 şagird, 16 nömrəli məktəbdən isə 155 şagird iştirak edib.

Məktəblilərə mütaliə üçün 1 ay əvvəldən Azərbaycan və dünya ədəbiyyatından müxtəlif əsərlər verilib. Şagirdlər oxuduqları əsərlər haqqında onlara verilən sualları cavablandırıblar.

Münsiflər heyəti tərəfindən cavablar yoxlandıqdan sonra qalib gələn şagirdlərə diplom və xatirə hədiyyələri təqdim edilib.

Ən Çox Oxunan