Gəncə məktəbliləri üçün yay düşərgə proqramı təşkil ediləcək. Bu haqda məlumatı 18 iyun tarixində Ganja American Center Facebook səhifəsinə istinadən veririk.
ABŞ-ın Azərbaycandakı Səfirliyi və Bakı Amerika Mərkəzi məktəblilər üçün “iLearn English Summer Camp” yay düşərgə proqramını təqdim edir. Məqsəd məktəblilərin ingilis dilini daha maraqlı şəkildə öyrənmək, texniki biliklərini artırmaq, həmçinin elm, texnologiya, mühəndislik və daha çox sahə üzrə innovasiya xarakterli biliklər əldə etməkdir.
Proqramda doğum tarixi 1 sentyabr 2006-ci ildən 01 sentyabr 2009-cu ilədək olan şagirdlər iştirak edə bilər. Seçim ilk öncə qeydiyyat, daha sonra isə İngilis dili testi və müsahibə yolu ilə həyata keçiriləcək. Ümumilikdə Gəncə üzrə 10 iştirakçı seçiləcəkdir.
Düşərgə 2022-ci il 29 avqust – 3 sentyabr tarixlərini əhatə edəcək.
Qeyd edək ki, seçilmiş iştirakçılar Azərbaycanın gözəl istirahət mərkəzlərindən birinə yola düşəcəklər. Bütün xərclər ABŞ-ın Azərbaycandakı Səfirliyi tərəfindən ödəniləcək.
Qeydiyyatdan keçmək üçün Gəncədəki Amerika Mərkəzinə yaxınlaşmaq və ya onlayn qeydiyyatdan keçmək üçün formanı doldurmaq lazımdır: