24.8 C
Gence
24.8 C
Gence

Gəncəlilərin də cəlb oluna biləcəyi yeni layihə

Gəncədə Dövlət Məşğulluq Agentliyi yeni iş imkanları yaradacaq layihələrə start verib. Bu haqda agentliyin səhifəsində paylaşım edilib.

“Təbiəti qoruyaq” adlı layihənin məqsədi işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, işçi qüvvəsinin əməyindən səmərəli istifadə edilməsi, ictimai yerlərin abadlaşdırılması, ekoloji təmizliyə, yaşıllıqların artırılmasına töhfə verilməsidir.

Layihə çərçivəsində Gəncə şəhəri üzrə Nizami məqbərəsi, Göygöl və Maralgöl Milli Parkında 4 ay müddətində abadlıq işləri aparılacaq. Habelə şəhərdə 2 ay ərzində ağacəkmə kampaniyası təşkil ediləcək.

İşsiz və işaxtaran şəxslər layihəyə cəlb olunmaq üçün müvafiq ərazi məşğulluq mərkəzlərinə müraciət edə bilərlər. Son müraciət tarixi 31 oktyabr 2021-ci il müəyyən edilib.

 

Ən Çox Oxunan