Gəncə Dövlət Universitetinin tələbələri İtaliyanın Venesiya şəhərində təhsil almaq imkanı qazana bilərlər. Bu haqda məlumat Gəncə Dövlət Universitetin rəsmi Facebook səhifəsində paylaşılıb.
Avropa Komissiyasının “Erasmus + Key Action 1” ikitərəfli razılaşma protokoluna əsasən, Gəncə Dövlət Universitetinin tələbələrinə İtaliyanın Ka Foskari Venesiya Universitetində qısa müddətlik mübadilə imkanı təklif olunur.
İngilis dili və arxeologiya sahələrini əhatə edən “KA-1” mübadilə layihəsi çərçivəsində tələbələr 1 semestr, müəllim və doktorantlar isə iki və ya üç həftəlik Venesiyaya yollana bilərlər.
Müraciətlər 1 oktyabra kimi qəbul olunur.
Qeyd edək ki, bütün xərclər müqavilədə müəyyən olunmuş qaydada Venesiya Universitetinin hesabına ödənilir.