20.6 C
Gence
20.6 C
Gence

Gəncəlilər üçün iş imkanı

Az-Granata Gəncə üzrə vakansiya elan edib. Şirkət pərakəndə satış üzrə koordinator axtarışındadır.

Namizədlərdən azərbaycan dilini mükəmməl bilmək, təşəbbüskarlıq, analitik düşüncə, iri həcmli məlumat bazasını təhlil etmək təcrübəsi, problem həlletmə, müstəqil qərarvermə və ünsiyyət qabiliyyətləri, pərakəndə satış sahəsində 1 ildən 3 ilə qədər iş stajı tələb olunur. İngilis və rus dillərini bilən, şəxsi avtomobili olanlara üstünlük veriləcəkdir.

İş haqda məlumat:

  • Pərakəndə satış kanalında satış həcminin, müştəri sayının artırılması və müştəri münasibətlərinin yaxşılaşdırılması istiqamətində işlərin görülməsi;
  • Şirkətin bazar payını artırmaq məqsədilə Pərakəndə satış müştərilərinin ziyarət və təhlil edilməsi;
  • Pərakəndə satış müştərilərinin əlavə xidmətlər, proqramlar və aksiyalar barədə məlumatlandırılması və cəlb edilməsi;
  • Peşəkar müştərilərə xidmətin tam dövrünün müşayiəti (sifariş, ödəniş, göndərmə);
  • Müştərilərin fərdi konsultasiyası, onların yeni məhsul növləri, iş qaydaları ilə tanış edilməsi;
  • Müştərilərə zəruri inventar və promosyon materialların təqdim edilməsi və təqib edilməsi
  • Xüsusi müştərilər üzrə satış artırılma istiqamətində təkliflər hazırlanması.
  • Pərakəndə satış üzrə satış edən nümayəndələrin iş fəaliyyətinə nəzarət edilməsi.
  • 5 günlük iş qrafiki;
  • Əmək haqqı namizədin qabiliyyəti əsasında müəyyən olunacaq.
  • Rabitə, nahar və yanacaq xərci şirkət tərəfindən qarşılanır.
  • Pərakəndə satış üzrə koordinator Bakı-Abşeron üzrə
  • Pərakəndə Satış üzrə koordinator Şirvan regionu üzrə
  • Pərakəndə Satış üzrə koordinator Gəncə-Mingəçevir regionu üzrə

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Ən Çox Oxunan