Gəncədə rəngkarlıq, vitraj və qrafika ilə məşğul olan xanım sənətkar yaşayır. Bu haqda Gencexeber.az 29 oktyabr tarixində məlumat verir.
Anna Səfərova Gəncə Dövlət universitetinin incəsənət kafedrasında müəllim işləyir. O, Gəncə, Naxcıvan şəhərləri və Respublika tədbirlərində iştirak edərək fəxri fərmanlarla təltif olunmuşdur.
“Mənim bu sənəti sevməyimdə və sirrlərini öyrənməyimdə əməkdar rəssam Şaiq Məmmədovun çox böyük rolu olub” – deyərək, sənətkar bildirib.
Xanım rəngkar 11 dekabr 1990-cı ildə Gəncədə anadan olub. 2015-ci ildə o, Gəncə Dövlət Universitetinin Təsviri incəsənət ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2016-2018-ci illərdə Naxçıvan Dövlət Universitetində sənətşünaslıq fakültəsində magistr təhsili alıb.
Sənətkar əsasən rəngkarlıq və qrafika sahələri üzrə fəaliyyət göstərir. Xanımın emalatxanası Gəncə Dövlət Universitetində yerləşir. O, sifarişə də əsərlər hazırlayır. Onunla (055) 863 42 43 nömrəsi ilə əlaqə saxlamaq olar.

